Hansı universitetlər paytaxtdan köçürülə bilər? - AÇIQLAMA

“Ölkədə demək olar ki, bütün universitetlər paytaxtda çəmləşib. Bu da ali təhsil almaq istəyən gənclərin paytaxtda toplanmasına səbəb olur. Bakıda yerləşən ali məktəblərin paytaxtdan kənar əraziyə və ya ölkənin digər bölgələrinə köçürülməsi məsələsi illərdir müzakirə olunsa da, hələ ki bir nəticəyə gəlinməyib. Bu köçürmə bir neçə aspektdən ciddi işlənib hazırlanmalıdır”.
Avtosfer.az xəbər verir ki, bunu "Bakupost"a təhsil eksperti Elçin Əfəndi deyib.
O hesab edir ki, ilk növbədə tələbə kontingenti 20 mindən çox olan təhsil müəssisələrini şəhərdən kənara köçürmək lazımdır. Bu universitetlər Abşeron rayonu, yaxud Qəbələ, Şamaxı, Şirvan şəhəri kimi Bakıya yaxın ərazilərə köçürülsə, daha yaxşı olar. Köçürülmə həmin şəhərlərin də inkişaf etməsinə öz müsbət təsirini göstərə bilər”.
E.Əfəndinin sözlərinə görə, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni binalar və kampuslar inşa etmək lazımdır. Bu cür iri layihəni həyata keçirmək böyük vəsait tələb edir:
“Universitetlərin şəhərin mərkəzindən kənar ərazilərə köçürülməsi ilə bağlı layihələr inkişaf etmiş ölkələrdə uzun illərdir ki, həyata keçirilir. Bu ölkələrin bir çoxunda tələbələr üçün bütün şəraitin mövcud olduğu tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? İlk növbədə bu məsələ öz həllini tapmalıdır”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










