Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 26-sı gündüz və 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək, maksimal temperatur 24-27 dərəcə isti olacaq.
İyunun 25-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Şərq küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda 33-35 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Yeni avtomobil körpüləri inşa olunacaq - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
Hörmüz boğazında artan gərginlik Azərbaycanın ixrac sektoruna necə təsir edəcək? - POLİTOLOQ
Çirkli kondisioner allergiya və astmaya səbəb ola bilər
Ələtə açılan yeni ekspres marşrutun üstünlükləri nələrdir? – Ekspert AÇIQLADI
Bakının bu küçəsi piyadalaşdırıla bilər - TƏKLİF
Problemli kreditlərlə bağlı mexanizmlərdə nələr dəyişəcək? - AÇIQLAMA
Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayır – Bu ərazidə yaşayanlara şad xəbər
Hansı halda telefonla danışan sürücü cərimələnməyə bilər? - EKSPERT
Təzəcə təmir olunan hasar niyə yenidən üzlənir? - ŞİKAYƏT
Azərbaycanın əsas dəmir yolu xətti müasirləşdirilir – Yeni mərhələ
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO










