Həbsxanalara narkotik keçirmək cəhdinin qarşısı alınıb - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb. Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Kazımov Rəşad Ramiz oğluna qardaşı Qobustan rayon sakini Məmmədov Tehran Xoşbəxt oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan köynəyə xüsusi üsulla hopdurulmuş ümumi çəkisi 1,978 qram narkotik maddə “heroin” aşkar edilib.
Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinə əsasən təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Niyazov Ağamədi Fəxrəddin oğluna qardaşı Abşeron rayon sakini Niyazov Fəxri Fəxrəddin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,295 qram narkotik maddə “heroin” aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












