Həcc ziyarətinə gələnlərin sayı kəskin azaldılıb

Səudiyyə Ərəbistanı pandemiya ilə əlaqədar Həcc ziyarətinə gələnləri sayını məhdudlaşdırıb. Krallıq ölkədə geniş yayılmış koronavirusla bağlı sərt sanitar-epidemioloji qaydalar tətbiq etməyə başlayıb.
Məlumata görə, ziyarətçilər öncə karantindən keçməli, mütəmadi maska taxmalı və məsafə gözləməlidir. Bundan başqa, ölkə rəhbərliyi ziyarətçilərin sayına məhdudiyyət qoyaraq onların sayını 2,5 milyondan min nəfərədək azaldıb.
Bildirilib ki, seçilmiş 1 000 nəfərin 700-ü ölkədə müvəqqədi yaşayan sakinlərdir.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı pandemiyaya görə artıq 30 milyard ABŞ dollarından məhrub olub. Bu, Həcc ziyarətçilərinin hər il xərclədiyi məbləğdir. Bununla belə, Həcc ziyarəti üçün ilkin ödəniş edənlər pulunu geri götürməyə tələsməyib. Onların bir qismi növbəti il ziyarət etməyə ümid edir, digərləri isə bu məbləği koronavirusla mübarizəyə ianə edib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












