Həmin "qara qutu"nun analizi nə vaxt tamamlanacaq?

Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı yeni məlumatlar paylaşılıb.
Avtosfer.az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata əsasən, qəzaya səbəb olan amillərin müəyyən edilməsi üçün həm Gürcüstanda, həm də Ankarada genişmiqyaslı araşdırma aparılır.
Qəza araşdırma qrupunun Gürcüstanda işlərini davam etdirdiyi, istintaq tamamlandıqdan sonra təyyarənin hissələrinin Türkiyəyə gətiriləcəyi bildirilib. Daha sonra bu hissələr Kayseridəki təyyarə texniki xidmət müəssisələrində yoxlanılacaq.
Ankaradakı TAI obyektlərində isə təyyarənin iki qara qutusu üzərində ekspertiza aparılır. Qara qutulardan biri qəza anına aid səs yazılarını ehtiva edir. Digər qara qutu isə təyyarə sistemlərinin qeyd mexanizmlərini əks etdirir.
Qəzanın səbəblərinə işıq salmaq üçün qara qutularda qeydə alınmış 180 məlumat qeydi araşdırılır. Qara qutu analizlərinin həftənin sonuna qədər tamamlanacağı gözlənilir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












