Hər gün minlərlə avtomobil bu yolda tıxacda qalır: problemdən çıxış yolu nədir? - VİDEO

Sürücülərin ən çox istifadə etdiyi yolda hər gün tıxac yaşanır. Paytaxtın Babək prospekti və Yusif Səfərov küçəsindən gəlib Heydər Əliyev prospektinə çıxmaq istəyən sürücülər xüsusən axşam saatlarında tıxacda qalırlar. 6-7 zolaqlı yol irəlidə daralır. Üstəlik bəzi sürücülərin bir-birinin yoluna girməsi də hərəkətin intensivliyini azaldır. İllərdir davam edən bu problem niyə həll edilmir ?
Avtosfer.az xəbər verir ki, hər gün minlərlə avtomobil bu yolda tıxacda qalır. Bəzən yollardan biri bağlanır, digər küçədən gələn avtomobillərə üstünlük verilir. Lakin bu da ərazidəki tıxacı azaltmır. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki,bu yollarda tıxacın yaranmasının əsas səbəbi ərazidə körpülərin tikintisi zamanı gələcək planların nəzərə alınmaması ilə bağlıdır. Elməddin Muradlı qeyd edir ki,təkliflərdən biri Babək prospektindən gəlib Heydər Əliyev prospektinə çıxmaq istəyən sürücüləri Keşlə qəsəbəsindən bu prospektə istiqamətləndirməklə bağlıdır.Çünki Keşlə qəsəbəsindən prospektə doğru alternativ yol hazırda istifadədir. Elməddin Muradlının sözlərinə görə, Heydər Əliyev prospeki və metronun "Gənclik" stansiyası istiqamətinə gedərkən, əsas üstünlüyü Yusif Səfərov küçəsi ilə hərəkət edən sürücülərə verirlər. Nəticədə Babək prospektində uzun tıxaclar yaranır. Bakı Nəqliyyat Agentliyindən bildirildi ki,ərazidə müşahidə olunan problemlər yolun darlığından əmələ gələn qum saatı effekti və vaxtı ilə layihələndirmə zamanı yol verilən səhvlərdir.Qeyd olunan məsələnin həlli ilə bağlı Bakı şəhərinin baş planında Babək prospektinin Heydər Əliyev və Ziya Bünyadov prospektləri ilə əlaqələndirən alternativ dəhlizlərin açılması təklif edilib.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










