Hərbi formanı qanunsuz daşıyanları 1000 manat CƏRİMƏ GÖZLƏYİR

Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılanların hərbi geyim formasını daşıya biləcəyi günlər müəyyənləşib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişiklik edilməsi təklif olunub.
Təklif olunan dəyişikliyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.
Bundan başqa, əsasnamədəki mövcud dəyişikliklə əlaqəli İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni maddə əlavə edilir.
Belə ki, təklif edilən yeni maddəyə görə, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görə 500 manatdan 700 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bundan başqa, İMX-yə təklif olunan daha bir dəyişikliklə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımaya görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 800 manatdan 1 000 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimənin olması təklif edilib.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












