Hətta Ermənistan da bu cür tədbirlərin Bakıda keçirilməsini dəstəkləyir - EKOLOQ

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal platformalarda artan rolunun növbəti göstəricilərindən biri hesab olunur. Ekspertlər bildirirlər ki, BMT-nin ən böyük tədbirlərindən sayılan forumun Azərbaycanda təşkili ölkənin uğurlu xarici siyasətinin, diplomatik əlaqələrinin və beynəlxalq etimadın nəticəsidir. Eyni zamanda, tədbir Qarabağda həyata keçirilən yenidənqurma, “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin dünya ictimaiyyətinə təqdim olunması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Ekoloq Amin Məmmədov Avtosfer.az-a müsahibəsində bildirib ki, Azərbaycanın son illərdə apardığı uğurlu xarici siyasət ölkənin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olub. Onun sözlərinə görə, xüsusilə 2020-ci ildən sonra dünyanın BMT-yə üzv olan bir çox ölkəsi Azərbaycanla əməkdaşlığa və münasibətlərin inkişafına maraq göstərməyə başlayıb.
Ekspert qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi də ölkənin diplomatik uğurlarının əsas göstəricilərindən biridir:
“Azərbaycan inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrlə balanslı və güclü münasibətlər qurmağa nail olub. Bu da ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycanın neft və qaz ölkəsi olmasına baxmayaraq, ətraf mühit və iqlim məsələlərinə xüsusi önəm verməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. O bildirib ki, məhz bunun nəticəsində 2024-cü ildə BMT-nin ən böyük tədbirlərindən biri olan COP29-un Bakıda keçirilməsi geniş beynəlxalq dəstək qazanıb”.
Ekspert diqqətə çatdırıb ki, hətta Ermənistan belə, Azərbaycanla münasibətlərdəki gərgin keçmişə baxmayaraq, COP29-un Bakıda keçirilməsinə etiraz etməyib və bu təşəbbüsü dəstəkləyib.
O əlavə edib ki, COP29-dan sonra BMT-nin ikinci ən böyük platformalarından hesab olunan Ümumdünya Şəhərsalma Forumunun (WUF) da Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir:
“Bu forumlar Azərbaycanın dünyada daha yaxından tanınmasına böyük töhfə verir. BMT sistemində çalışan minlərlə ekspert, mütəxəssis və beynəlxalq təşkilat nümayəndəsi Bakıya gəlir, burada həm ölkəmizin mədəniyyətini, həm qonaqpərvərliyini, həm də könüllülərin peşəkarlığını görürlər. Bu da Azərbaycan haqqında müsbət imicin formalaşmasına səbəb olur”, – deyə o bildirib.
Ekoloq hesab edir ki, bu cür beynəlxalq tədbirlər siyasi baxımdan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, forumlar vasitəsilə ölkə həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələrini beynəlxalq ictimaiyyətə nümayiş etdirmək imkanı əldə edir.
Amin Məmmədov qeyd edib ki, 30 ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər tamamilə dağıdılıb. Hazırda isə Azərbaycan həmin ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında geniş quruculuq işləri həyata keçirir:
“Bir milyona yaxın keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması istiqamətində mühüm addımlar atılır. İnsanlara müasir və rahat yaşayış şəraiti yaradılır. Bu, əslində forumun əsas şüarlarından biri olan insanların mənzillə təminatı məsələsinin real nümunəsidir. Qarabağın “yaşıl enerji zonası” elan olunması, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi və “sıfır tullantı” prinsiplərinin tətbiqi də BMT-nin dəstəklədiyi qlobal təşəbbüslərlə tam uyğunluq təşkil edir”.
Amin Məmmədovun fikrincə, beynəlxalq tədbirlərdə iştirak edən xarici nümayəndələrin bu prosesləri yerində görməsi Azərbaycanın təqdim etdiyi inkişaf modelinin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Fatimə Dadaşova
Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? - EKSPERT AÇIQLADI
Vyananın deputatı Azərbaycan və forumla bağlı nələri açıqladı? - FOTO
Azərbaycan Qlobal Forumda hansı nümunələri dünyaya çatdırır? - FOND SƏDRİ - FOTO
Azad edilmiş ərazilərdə yol infrastrukturu genişlənir; regionun tranzit potensialı artır – EKSPERT - FOTO
DİM-in açıqlaması yalan çıxdı - İmtahana gecikənlər çöldə qldı - FOTO
Yeni tunellər Bakını xilas edəcək? - AÇIQLAMA
Sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir - AZAL - VİDEO
AZAL Naxçıvan reyslərini bərpa edib
Aylıq normadan artıq yağış yağır - Faktiki hava
Nəqliyyatdan istifadə edəndə buna görə cərimə oluna bilərsiniz - VİDEO
Bakıda WUF13 başlayır - VİDEO








