“Hitrou” sərnişinləri COVID-19 testindən keçirməyi planlaşdırır

Londondakı “Hitrou” hava limanı yay turizm mövsümünü xilas etmək üçün sərnişinlərin koronavirus testindən keçirilməsi ilə bağlı layihəni həyata keçirməyə hazırlaşır. Bu barədə Böyük Britaniyanın ən böyük hava limanının icraçı direktoru Con Holland-Key bildirib.
Onun sözlərinə görə, “Hitrou” iki həftədən sonra gündəlik iş rejimində ölkəyə daxil olan sərnişinləri koronavirus testindən keçirməyə başlaya bilər. Bir testin qiyməti 150 funt sterlinq olacaq.
Testin nəticəsi mənfi olarsa, 5 və ya 8 gündən sonra ikinci test aparılacaq. Bununla insan bədənində koronavirus olmadığı təqdirdə Birləşmiş Krallıq hökuməti tərəfindən tətbiq olunan ikihəftəlik karantin yarıbayarı azala bilər.
“Qırmızı siyahı”da olan ölkələri yenidən açmaq üçün bir yol tapmalıyıq. Peyvənd olmadığı şəraitdə test etmək bunun yeganə mümkün yoludur. “Qırmızı siyahı”da olan bir çox ölkədə milyonlarla insan xəstəliyə tutulmayıb və səyahət edə bilmirlər. Bu, iqtisadiyyatın bərpasına mane olur”, - Con Holland-Key deyib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












