Hökumət metroda gediş haqqını artırıb

Misir hökuməti metroda gediş haqqının artırıldığı barədə məlumat yayıb. Bu qərar metronun zərərlə işləməsi ilə əlaqədardır. Belə ki, yeraltı nəqliyyatın 4 milyard Misir funtu (LE) məbləğində (251 milyon dollar) gəliri xərclərin yalnız 50 faizini ödəyir.
Misirin Nəqliyyat naziri bildirib ki, avqustun 19-dan etibarən metroda gediş haqqı 30 faiz artırılır. O əlavə edib ki, Qahirə metrosunda 9 stansiya məsafəsində biletin qiyməti 3 LE-dən (1,8 dollar) 5 LE-yə (2,2 dollar), daha uzaq məsafəyə gediş haqqı isə 5 LE-dən 7 LE-yə (2,6 dollar) qaldırılıb. Nazir qeyd edib ki, uzaq məsafəyə səyahət edənlər üçün metro yenə də ən sərfəli nəqliyyat növü olaraq qalır.
Nazir onu da bildirib ki, yeraltı nəqliyyatın rentabelliyi yeni tunellərin və stansiyaların istifadəyə verilməsinə də şərait yaradır. Onun sözlərinə görə, son illərdə Qahirə metrosunun 3-cü xəttində 19 stansiyanın istifadəyə verilməsi, habelə kondisionerlə təchiz edilmiş 32 qatarın alınmasına 400 milyon dollar xarici kredit cəlb olunub. (AZƏRTAC )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












