Hörmüz boğazı nə vaxt açılacaq? - Vaşinqtondan İDDİALI AÇIQLAMA

Hörmüz boğazı 2026-cı ilin yayından gec olmayaraq açılacaq.
Avtosfer.az-ın CNBC telekanalına istinadən xəbərinə görə, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt məlumat verib.
"Hörmüz boğazından keçid mümkün olduğu zaman dərhal bərpa olunacaq, lakin ən geci bu yay olacaq", - deyə Rayt bildirib.
Nazir əmin edib ki, əgər İran qlobal iqtisadiyyatı girov saxlamağa davam edərsə, ABŞ hərbçiləri Hörmüz boğazını güc tətbiq etməklə açacaq, lakin bu, asan məsələ deyil.
"Biz bu istiqamətdə ilk addımları atmışıq, amma hərbi gücə əl atmadan saziş bağlamaq daha yaxşıdır", - deyə Kris Rayt qeyd edib.
Aprelin sonlarında İranın Ali Rəhbəri Müctəba Xamenei Tehranın Fars körfəzi və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib. Xameneinin sözlərinə görə, Tehran ABŞ-nin iştirakı olmadan təhlükəsizliyi təmin etmək niyyətindədir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












