İki yaşlı uşaq avtomobildə istidən boğulub öldü

Slovakiyada qəribə ölüm hadisəsi baş verib. Ölkənin Nitra şəhərində 2 yaşlı uşağını bağçaya aparmalı olan ata onu avtomobildə unudaraq işə gedib. Avtomobildə uzun müddət qalan uşaq istidən boğularaq keçinib. 56 yaşlı kişi Kristina adlı övladını maşında unutduğu vaxt hava çox isti olub. +35 tempuraturda avtomobildə qalan körpəni görən ətrafdakı insanlar dərhal polisə müraciət ediblər. Əraziyə gələn polislər avtomobilin qapısını sindırıblar və 2 yaşlı uşağın cəsədini maşından çıxarıblar. "Uşaq maşında istidən boğulub. Hava çox isti idi. Maşının rəngi də qara olduğu üçün soba kimi qızmışdı", – deyə polislər bildiriblər. Polislər uşağın atasını hadisə yerinə çağıranda o, övladının cəsədini görüb və huşunu itirib. Az sonra Kristinanın anası da hadisə yerinə gəlib və onun da vəziyyəti ağırlaşıb. Valideynlər hər ikisi psixiatr nəzərəti altındadır.
anspress
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












