İkimərtəbəli qatarlarımız yola çıxdı - VİDEO

Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclasında iştirak edən “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Stadler Minsk” zavoduna qatarlara baxış keçirib. Qurum sədri Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarını ilk olaraq özü sınaqdan keçirib.İkimərtəbəli qatarlar müasir tələblərə cavab verir.
Bu qatarlar mayın 24-də yola salınıb və iyunun 2-də paytaxta çatacaq. Elektrik qatarlarının ilk olaraq I Avropa Oyunlarında Olimpiya Stadionu ətrafında yaranacaq sıxlıqı aradan qaldırmaq məqsədilə Koroğlu və 28 May stansiyaları arasındakı sahədə fəaliyyətə başlayacaq. Ümumi tutumu 919 nəfər olan qatarlar tam müasir tələblərə tam cavab verir.
“Azərbaycan Dəmiryolları” QSC-nin mətbuat katibliyinin müdiri Nadir Əzməmmədov deyir ki, qatralarda 396 oturacaq var. Qatrada sərnişinlərin rahatlığı üçün bütün şərait var: ışıqlı salon, kondisioner və Wi-Fi.
İkimərtəbəli qatarlar sonradan Bakı-Sümqayıt sərnişin stansiyaları arasında fəaliyyət göstərəcək. Ekspertlərin fikrincə bu ilk növbədə Bakı -Sumqayıt yolundakı avtomobil sıxlığını aradan qaldırılmasına təkan verəcək.
Ekspert Azər Allahverənov bildirdi ki, bu qatar Bakı-Sumqayıt arasında nəqliyyat sıxlığını minimum endirəcək.
Qeyd edək ki, gələcəkdə daha 3 belə qatarın alannması həyata keçirilicək. Bununla bağlı mayın 13-də Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkəti ilə saziş imzalanmışdı. Digər üç qatar 2016-cı ilin yanvarınadək ölkəyə gətiriləcək.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










