İnsanlığın tıxac dəhşəti – VİDEO

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, tıxac…Əsəblərin tarıma çəkildiyi bir ünvan…Onunla hamı qarşılaşır, avtomobili olan da, ictimai nəqliyyatdan istifadə edən də.Hamı hər zaman harasa tələsir. Kimi işə, kimi görümə, kimi isə sadəcə, tələsir…
Tıxac elə bir problemdir ki, hətta onun statistikasını da aparırlar. Məsələn, dünyanın ən böyük tıxacı Brazilyanın San paulo şəhərində müşahidə olunub, uzunluğu düz 265 kilomtrə çatıb. Bizim, bu tip tıxaclar üçün məkanımız dar olsa da, ürəyimiz genişdir. Arada başqasının yolunu da özümüzünkü bilib,vurub keçirik.
Mütəxəssizlər, tıxacların yaratdığı fəsadları, insan həyatının psixoloji tələsi adlandırır. Bu tələyə düşməmək üçün, təbii ki, səbirli və mülayim görünməyə çalışmalısan, hətta nə qədər çətin olsa belə...
Tıxacın pik həddləri hamıya məlumdur. Bu, əsasən səhərlər insanların işə,məktəbə gedən, axşamlar işdən evə dönən vaxtlarına təsadüd edir.Deyirlər, mənzilə vaxtında çatmaq istəyirsənsə evdən, nəzərdə tutduğundan bir saat qabaq çıx. Təsəvvür edin, hamı bu məsləhətə qulaq asanda nə baş verir,yenə də TIXAC...
Tıxac təkcə əsəblərimizi xərcləmir, eyni zamanda yanacaq itgisidir. Bəzən bunun da təsiri, psixaloji gərginliyimizi artırır.Belə olan halda nə etməli? Fransızsayağı aşiq olmaq ehtimalınız, ruslar kimi dil öyrənmək həvəsiniz, şahmat oynamaq bacarığınız yoxdursa, o zaman vəziyyətdən necə çıxmaq olaq?
Bəli, səbr müvəffəqiyyətin açarıdır. Bu baxımdan istənilən halda təmkinli olmağı bacarmalıyıq. Birdə ki, tıxac heç də həmişə pis rol oynamır.Arada işimizə də yarayır. Unutmayın, “tıxacdaydım” deyə, böyük bir bəhanəmiz var.
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır










