İran Azərbaycanda avtomobil istehsal edə bilər

İran Azərbaycanda yeni avtomobil istehsalı zavodu açmaq istəyir. İranın ən böyük avtomobil istehsalı şirkəti "İran Khodro" (IKCO) hazırda Azərbaycana avtomobil ixrac edir. Bununla yanaşı, şirkət eyni zamanda, Azərbaycanda avtomobillərin yığılmasının təşkili (“Complete Knock Down”) zavodunu da açmaq niyyətindədir. Avtosfer.az “trend”ə istinadən yaydığı məlumata görə, bu barədə "İran Khodro"nun direktoru Haşım Yeke Zare məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın iş adamları ilə bu istiqamətdə müzakirələr aparılır və ölkənin aiddiyatı orqanlarından zavodun tikilməsi ilə bağlı lizensiya almağa çalışılırı "Zavod azərbaycanli iş adamının sərmayəsi ilə tikiləcək və birinci mərhələdə ölkədə avtomobillərin yığılmasının təşkili həyata keçiriləcək".
Şirkət rəhbəri qeyd edib ki, lizensiya veriləndən 2 il sonra "İran Khodro" Azərbaycanda avtomobil istehsalına başlayacaq: "Şirkət üçün əsas prioritet Azərbaycanda keyfiyyətli avtomobillər istehsal etməkdir. Azərbaycanda yeni tikiləcək zavodda ildə 10 min avtomobil istehsal olunması planlaşdırılıb, avtomobillərin bir qismi isə ixrac olunacaq. Hələlik isə bu il Azərbaycana 2 min avtomobilin ixrac edilməsi planlaşdırılıb”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












