IX sinif buraxılış imtahanları bu formatda olacaq - Ekspert

Bu il 9-cu sinfin buraxılış imtahanlarında 110-120 minə yaxın şagirdin iştirakı gözlənilir.
Bunu təhsil eksperti Kamran Əsədov AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.
K.Əsədov bildirib ki, Vətən müharibəsi zamanı bəzi bölgələrdə internetə qoyulan məhdudiyyətlər imtahanların nəticəsinə müəyyən mənada təsir edə bilər:
“Bu il 9-cu sinflərin buraxılış imtahanlarında yeni format hazırlanır. Daha əvvəl 9-cu siniflərdə monitoriq imtahanları keçirilib. Həmin imtahanlar bu il keçiriləcək buraxılış imtahanlarından fərqlənir”.
Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə isə bildirib ki, bu il keçiriləcək 9-cu siniflərin buraxılış imtahanlarında 85 sualın hər biri qapalı şəkildə olacaq:
“Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ötən brifinq zamanı məlumat vermişdi. Bu dəfə keçiriləcək imtahanların formatı ötən illərdə olanlardan fərqlidir. Belə ki, 9-cu sinifin buraxılış imtahanlarında 85 tapşırığın hamısı qapalı şəkildə keçiriləcək. Bu barədə hazırda müzakirələrimiz davam edir”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












