İctimai nəqliyyatda şəffaf arakəsmələr ya yoxdur, ya da... – Qayda pozulur !

“İctimai nəqliyyat növü olan avtobuslarda, taksilərdə şəffaf arakəsmələr təmin edilməlidir”
“Təmin edilmirsə, deməli, karantin rejimi qaydaları pozulur”
Nazirlər Kabinetinin qərarı ilə ictimai nəqliyyatda şəffaf arakəsmələrin tətbiqinə başlanılıb və bu məcburidir. Təəssüf ki, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində belə arakəsmələrə az rast gəlinir. Pandemiyanin yayılma arealını minimuma endirmək məqsədi daşıyan bu qoruyucu arakəsmələr ya ümumiyyətlə yoxdur, ya da zədələnərək, arakəsmə funksiyasını itirib.
Belə anlaşılır ki, sürücülər karantin rejimindəki yumşaldılmaları yanlış dəyərləndiriblər. Taksi fəaliyyəti göstərən avtomobillərdə vəziyyət ürəkaçan olsa da, onlar arasında da qaydalara əməl etməyənlərə rast gəlinir.
İctimai nəqliyyatda məcburi olan şəffaf arakəsmələr niyə gözə dəymir? Bu işə hansı qurum nəzarət etməlidir?

Sualımızı cavablandıran “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a açıqlamasında bildirib ki, avtobuslarda şəffaf arakəsmələrin quraşdırılması Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalarda qeyd olunub. Bu qaydalara görə bütün ictimai nəqliyyat növü olan avtobuslarda, eləcə də taksilərdə şəffaf arakəsmələr təmin edilməlidir:
“Təmin edilmirsə, deməli, karantin rejimi qaydaları pozulur. Bu, inzibati məsuliyyət yarada bilər. Düşünürəm ki, polislər bu işə nəzarət etməlidir. Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları təbliğat işini gücləndirsə, faydalı olar. Hər bir halda dünyanın bir çöx ölkələrində şəffaf arakəsmə tətbiq edilmiş təcrübədir. Təcrübə yaxşı nəticə verdiyinə görə Azərbaycanda da belə arakəsmələrin tətbiq edilməsi barədə qərar verilib. Təbii ki, qərar verilibsə, əməl etmək lazımdır. Əməl etməyən şəxslərlə əlaqədar hüquq mühafizə orqanları tədbirlər görməlidir. Düşünürəm ki, BNA ilk növbədə daşıyıcı şirkətlərə xəbərdarlıq etməlidir ki, şəffaf arakəsməni təmin etsinlər və bu arakəsmələr bütün avtobuslarda olsun. Arakəsmələr sürücülər üçün də faydalıdır. Bir zamanlar karantin rejiminin yumşaldılmasını sürüclərin yanlış anlaması yolverilməzdir”.
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir











