İki nəfəri öldürən qardaşların həbs müddəti uzadılıb

Bakıda keçmiş arvadını və daha bir nəfəri öldürməkdə təqsirləndirilən Anar Hacıyev, onun qardaşı Sakit Hacıyevin barələrində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Avtosfer.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. Hər iki şəxs barəsində seçilən həbs-qətimkan tədbiri 3 ay uzadılıb.
Qeyd edək ki, martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumatlar daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib.
Bildirilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7-ci (iki və daha çox şəxsi qətlə yetirmək) maddələri ilə cinayət işi başlanıb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












