İki qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Xızıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mirzə Xankişiyevin icraatındadır.
Qeyd edək ki, hadisə ötən il noyabrın 17-i axşam saat 21 radələrində Bakı-Quba yolunun 79-cu km-də - Xızının Giləzi qəsəbəsi ərazisində baş verib.
Xızınin Giləzi qəsəbə sakini, 40 yaşlı Rəhim Rəhimovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Xaçmazın Çiləgir kənd sakini, 28 yaşlı Hümbət Şayəddin oğlu Savalanovun idarə etdiyi "VAZ-21014" markalı avtomaşın toqquşub.
Nəticədə "Jiquli"nin sərnişinləri - sürücünün həyat yoldaşı, 26 yaşlı Günay Şakir qızı Savalanova və onunla eyni yaşda olan iş yoldaşı Oksana Gülağa qızı Əliyeva Siyəzən rayon Regional Müalicə Dioqnostika Mərkəzində dünyasını dəyişiblər.
R.Rəhimova Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











