İlham Əliyev: “Biz indi SOCAR-da aktiv islahatlar prosesindəyik”

“Biz indi SOCAR-da aktiv islahatlar prosesindəyik”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib. Dövlət başçısı diqqətə çatdırıb ki, indi SOCAR-da yeni idarəetmə var. “SOCAR nəhayət şəffaf beynəlxalq enerji şirkətinə çevriləcək”, - Azərbaycan Prezidenti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, nəhayətdə itkilərdə azalma olacaq: “Çünki qazla bağlı bizim itkilərimiz çoxdur. Bəzi itkilərin köhnəlmiş infrastruktur səbəbi ilə bəraəti var. Bəzi itkilər isə çox şübhəlidir. Beləliklə, bizim aparıcı şirkətimiz olan SOCAR-ın optimallaşdırılması, şəffaflıq, korporativ idarəetmə, əminəm ki, bizə əlavə qaynaq verəcək. O artıq bizə bunu verir”.
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI











