İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi - Belə davam edə bilməz

“Hamı bilir ki, İnvestisiya Holdinqi nəyə görə yaranıb. Bu, mənim fərmanımda da qeyd edilib ki, idarəetmə sistemini təkmilləşdirmək üçün. Dövlət şirkətlərində idarəetmə sistemi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların “sağılması” məqsədilə istifadə olunur”. Avtosfer.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
İlham Əliyevin sözlərinə görə, demək olar ki, hazırda heç bir dövlət şirkəti özünü təmin edə bilmir: “Həmişə büdcədən dotasiyalara ehtiyac olur. Belə davam edə bilməz. Digər tərəfdən hazırkı vəziyyəti, həmçinin, Qarabağın da bərpasını nəzərə alsaq, strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaqdır. Lazım olan nəzarəti təmin etməkdir.
Bunun üçün məşvərət şuraları yaradılır, orada hökumətin nümayəndələri təmsil olunur ki, nəzarətsizlik olmasın, pullar hədər xərclənməsin. Bu gün dövlət şirkətləri əsasən dövlətin boynunda olan böyük bir yükdür. Hətta, Dövlət Neft Şirkəti belə, hansı ki, Azərbaycanın ən böyük vergi ödəyicisidir. O da bu yaxınlara qədər dövlətdən qazlaşdırma üçün dotasiya alırdı. Bu belə davam edə bilməz. Təbii ki, bir neçə istisnalar var. Əksəriyyəti isə səmərəsizdir. Həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəetmənin təkmilləşdirilməsi baxımından, kim yeni qaydalarla şəffaf işləmək istəməsə, məsuliyyətə cəlb olunacaq”.
Prezident qeyd edib ki, dövlət şirkətlərinin özəlləşdirilməsi məsələsinə gəldikdə isə ən azından 2021-ci il üçün bu dəqiq olmayacaq:
“Lakin, bəzi dövlət şirkətlərinin müəyyən iş sahələri özəl kapital hesabına inkişaf etməlidirlər. İlk növbədə enerji sahəsini qeyd etmək istəyirəm. Biz özəl investisiyalar üçün bu sahəni açmışıq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












