İlham Əliyev “Qobu” Elektrik Stansiyasının tikintisindən danışdı

“Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq”.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıq, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən bildirib.
“Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Son iki il ərzində 1300 meqavata qədər itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi və bu gün 2400 meqavat gücündə tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək”, - dövlət başçısı qeyd edib.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










