İlham Əliyevin Xankəndidəki çıxışı Qazaxıstan mətbuatında geniş işıqlandırıldı - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışı Qazaxıstan mətbuatında geniş işıqlandırılıb. Avtosfer.az xəbər verir ki, Azərbaycan dövlət başçısının sözləri nur.kz, aikyn.kz, arbatmedia.kz, exclusive.kz, el.kz və ulysmedia.kz kimi resurslarda dərc olunub.
Dövlət başçısına istinadla Şuşa Media Forumunun artıq ənənəvi tədbirə çevrildiyi bildirilir:
"Ümid edirəm ki, bu ənənə davam edəcək. Zaman keçdikcə qonaqlarımızın sayı artır, coğrafi əhatə genişlənir", - deyə bu ölkənin mətbuatı Prezident İlham Əliyevdən sitat gətirir.
Qazaxıstan mətbuatı Prezident İlham Əliyevə istinadla danışıqlar prosesinin keçdiyi illər ərzində Azərbaycanın ünvanına dəfələrlə işğalı qəbul etməyə çağırışların səsləndirildiyi barədə yazıb:
"Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz - BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri - bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu".
Bundan əlavə, nəşrlərdə dövlət başçısına istinadla BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə də məlumat verilir. Bu tədbirdə iştirak etmək üçün Azərbaycana gələnlərin sayının bu mövzunun əhəmiyyətini əyani şəkildə nümayiş etdirdiyi ilə bağlı sitat gətirilir.


Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












