İlon Mask dünyanın ən varlı insanlarının beşliyindəki yerini itirib

"Tesla" və "SpaceX" kompaniyalarının qurucusu İlon Mask sutka ərzində 16,3 milyard dollar itirdikdən sonra dünyanın ən varlı insanlarının siyahısında ilk beşlikdən kənarda qalıb.
Bu barədə "Bloomberg" kompaniyasının tərtib etdiyi "Bloomberg Billionaires Index" (BBI) reytinqinə istinadla xəbər verir. Hazırda varidatı 82,2 milyard dollar təşkil edən İlon Mask reytinqin 6-cı pilləsində yer alır.
Agentliyin məlumatına görə, bu, BBI tarixində ən böyük birgünlük itki olub. Milyarderin varidatının kəskin azalması "Tesla" səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Bu ərəfədə səhmlər qiymətinin 21,06 faizini itirərək 330,21 dollara qədər ucuzlaşıb. Hələ sentyabr ayında kompaniyanın qiymətli kağızı 498 dollardan baha idi.
Hazırda BBI versiyasına görə dünyanın ən varlı insanları siyahısına "Amazon" kompaniyasının rəhbəri Ceff Bezos başçılıq edir - 186 milyard dollar. İkinci yeri kapitalı 121 milyard dollar həcmində qiymətləndirilən "Microsoft" kompaniyasının banisi Bill Qeyts tutur. "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Sukerberq 103 milyard dollarlıq varidatla üçüncü, "Louis Vuitton Moët Hennessy" qrupunun prezidenti Bernar Arno isə 85,5 milyard dollarlıq sərvətlə dördüncü pillədə qərarlaşıb. İlk beşliyi 82,4 milyard dollar kapitala malik sərmayəçi Uorren Baffet tamamlayır. (AZƏRTAC)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











