İlon Maskın peykləri yeddi min ildən bir Yerin yaxınlığından keçən kometanı görməyə mane olub - VİDEO

Qlobal internet sisteminin peyki “Starlink” yeddi min ildən bir görünən və son yeddi ilin ən parlaq kometası olan C / 2020 F3-ü (NEOWISE) müşahidə etməyə mane olub.
Bu barədə astrofotoqraf Daniel Lopez “Gizmodo”ya açıqlamasında bildirib.
D.Lopez “Facebook”da Tenerife adasında (İspaniya) yerləşən Teyde Milli Parkından çəkilmiş NEOWISE kometasının şəklini yayımlayıb. Mütəxəssis görüntüdə kometadan əlavə, “Starlink” peyklərinin buraxdığı parlaq zolaqların da əks olunduğunu görüb.
“Bu, astronomik müşahidələrin bildiyimiz şəkildə müşahidəsinin sonudur”, - deyə Lopez bildirib.
Onun sözlərinə görə, dünya astronomları və astrofizikləri birliyi, kiçik peyklərin Yer ətrafı orbitə yerləşdirilməsindən narahatdırlar. Astrofotoqrafın sözlərinə görə, səmada uçan cisimlər elmi araşdırmalara mane olur.
Xatırladaq ki, aprel ayında İlon Mask astronomik müşahidələr aparmağa mane olmamaları üçün “SpaceX” şirkətinə məxsus “Starlink” peyklərinin “Günəş əleyhinə çətirlər”lə təchiz olunacağını demişdi.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











