İlqar Məmmədova 234 min manat mənəvi təzminat ödənilib

Ali Məhkəmənin qərarı ilə bəraət alan REAL partiyasının sədri İlqar Məmmədova həbsdə qaldığı günlərin müqabilində təyin edilən mənəvi təzminat ödənilib.
Modern.az xəbər verir ki, artıq məhkəmənin qərarı icra edilib və İ.Məmmədovun hesabına dövlət büdcəsindən 234 min manat köçürülüb. Onun həbsdə qaldığı hər gün üçün təxminən 116 manat hesablanıb. Onunla birgə bəraət alan Rəsul Cəfərova da 57 min 400 manat ödənilib.
Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb. 2020-ci il aprelin 23-də Ali Məhkəmənin qərarı ilə onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib. Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə 234 min manat kompensasiya təyin edib.
R. Cəfərov isə 2014-cü il avqust ayında həbs edilib. 2015-ci ildə məhkəmənin hökmü ilə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 2020-ci il aprel ayında Ali Məhkəmə tərəfindən R.Cəfərovun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib və mənəvi zərərə görə 57400 manat kompensasiya təyin edib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












