İnsanlar niyə avtobuslardan deyil, "manatlıq" taksilərdən istifadə edir? - EKSPERT
Gündəm
6 Dekabr 2022 20:04

"Metronun "20 yanvar" və "Koroğlu" stansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri isfiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir, "1 manatlıq taksilər"dən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət baş verir, həm də daşıyıcı şirkətlər itirir".
Ucnoqta.az xəbər verir ki, bunu avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Bəs insanlar niyə ictimai nəqliyyata deyil, "1 manatlıq taksilər"ə üstünlük verir? Əhali arasında apardığımız qısa sorğuda belə məlum oldu ki, avtobusların gec-gec işləməsi, mənzil başına gec çatması, avtobuslarda sərnişin sıxlığı, bəzi sürücülərin avtobusu kobud idarə etməsini göstərdilər. Bakıətrafı qəsəbələrdən gələn sərnişinlər isə avtobusun H. Əliyev prospekt ilə deyil, Ramana qəsəbəsinə daxil olaraq hərəkət etməsini vaxt itkisi kimi dəyərləndirdi.
Bu sualla nəqliyyat eksperti Elməddin Muradlıya müraciət etdik.
Ekspert bildirdi ki, manatlıq taksilər onlara tələbat olduğu üçün formalaşıb: "Bakı Nəqliyyat Agentliyinin yarıtmaz fəaliyyəti nəticəsində Bakıda avtobus parkı yenilənmək əvəzinə, inkişafdan qalıb. Sərnişin tələbatı artsa da, avtobuslar bu tələbatı ödəmir, bu səbəbdən sərnişinlər taksilərə üz tutur. Hətta bəzən 90-cı illərə qayıdırıq, marşrut xətlərinə qanunsuz sərnişin daşıyan kiçiktutumlu avtobuslar və mikroavtobuslar da daxil olur. Bunların qarşısının alınması üçün normal ictimai nəqliyyat təqdim etmək lazımdır. Danışdıqca özlərini biabır edirlər. Çıxış yolu kimi avtobus zolaqları çəkməyi təklif edirlər. Əlbəttə, avtobus zolaqları olmalıdır, ictimai nəqliyyat dəqiq işləməlidir. Amma köklü yenilik etmək lazımdır ki, insanlar faydalansın".
Elməddin Muradlı vurğuladı ki, ictimai nəqliyyatın vəziyyəti yaxşı deyil: "Yarım saatdan bir avtobus gəlir. Zolaq da çəkiləndə hərəkət iflic olur. Yanaşma düzgün deyil. Vəziyyətdən çıxış üçün kompleks tədbirlər görülməlidir. Keçmiş nəqliyyat naziri də bu qaydada işləyirdi. Təhlil aparılmadan, layihələndirlmədən görülən işlər indi paytaxtda belə problemlərə gətirib çıxardı".
Emin
Oxunub : 1610
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
15 Oktyabr 2026 17:16
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
15 Oktyabr 2026 15:18
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
ŞƏRH YAZ












