İnterpol İranın Trampla bağlı müraciətini qəbul etməyib

İnterpol İran hökumətinin ABŞ prezidenti Donald Tramp barəsində “qırmızı xəbərdarlıq”la axtarış elan etmək müraciətini qəbul etməyib. Bu barədə İnterpoldan bildiriblər.
Lakin İnterpol mövcud hüquqi qaydalara görə hər hansı müdaxilə və ya siyasi, hərbi, dini, yaxud irqi səciyyəli fəaliyyətləri üzərinə götürməsilə bağlı səlahiyyətinin olmadığını açıqlayıb.
Belə bir müraciətin İran tərəfindən gəlməsini təsdiqləməyən təşkilat belə bir şey olsa belə, onu yerinə yetirməyin qeyri-mümkün olduğunu diqqətə çatdırıb.
ABŞ-ın İran üzrə xüsusi elçisi Brayan Kuk sözügedən müraciətin təbliğat xarakterli olduğunu, heç kimin ciddi qəbul etmədiyini bildirib.
***15:42
İranın Ali Məhkəməsi ABŞ prezidenti Donald Trampın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib. Bunu Tehran prokuroru Əli Mehr bildirib.
O qeyd edib ki, D.Tramp İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qanadının komandanı Qasım Süleymaninin ölümündə günahkarlardan biridir və dövlətlərarası axtarışa verilən şəxslərin siyahısına salınmalıdır. Prokurorun sözlərinə görə, Q.Süleymaninin ölmündə 36 nəfərin iştirakı təsbit olunub : “Donald Tramp başda olmaqla onlar terrorçuluq və qətldə ittiham edilirlər”. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












