“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub — FOTOLAR

Norveçin Nerdrum Muzeyində keçirilən “İpək Yolundan Stavernə” adlı Azərbaycan Mədəniyyəti Günləri, “Earth and East” Festivalı çərçivəsində böyük izdihamla reallaşıb. Hər gün 700-dən artıq qonağın iştirak etdiyi tədbir Azərbaycan ilə Norveç arasında mədəni körpülərin qurulmasına xidmət edib.
Avtosfer.az xəbər verir ki, festivalın dörd əsas təşkilatçısı – Nerdrum Muzeyi, Sjoparken, Thor Heyerdahl İnstitutu və Norveçdə fəaliyyət göstərən CAN –Təşkilatı olub.
Tədbiri rəsmi olaraq Nerdrum Muzeyinin icraçı direktoru Martin Romberg açaraq festivalın Azərbaycan mədəniyyətini Norveç auditoriyasına tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra məşhur norveçli rəssam Odd Nerdrumun qızı Aftur Nerdrum və CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur milli geyimlər, mədəni irs və ortaq dəyərlər mövzusunda qonaqlara Azərbaycan mədəniyyətinin zənginliyi haqqında geniş məlumat veriblər. Tədbirin diqqətçəkən hissəsi Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın Qarabağ xalçalarından ibarət şəxsi kolleksiyası olub. Bu xalçalar öz rəngləri, naxışları və simvolizmi ilə qonaqlara qədim İpək Yolunun mədəni zənginliyini hiss etdirib.
Xüsusilə “Ata vəsiyyəti – oğulun zəfəri” adlı xalça tamaşaçılarda böyük təəssürat yaradıb. İpək və yundan ikitərəfli toxunmuş, 2 il 4 ay müddətində ərsəyə gətirilən bu sənət əsərinin bir tərəfində Ümummilli Lider Heydər Əliyevin gələcəyə verdiyi vəsiyyət, digər tərəfində isə Prezident İlham Əliyevin həmin vəsiyyəti yerinə yetirməklə əldə etdiyi zəfər təsvir olunub.
Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, dosent Gülzadə Abdulovanın və Alaca milli geyim brendinin təqdim etdiyi milli geyim kolleksiyası böyük maraqla qarşılanıb. Bu geyimlər tanınmış jurnalist Nigar İbrahimovanın təqdimatında norveçli modellər tərəfindən nümayiş etdirilib. Tədbirdə Qarabağ, İrəvan xanlığı və Cənubi Azərbaycana aid olan milli geyimlər də nümayiş olunub. Festivalın musiqili hissəsi Azərbaycan-norveçli müğənni və bəstəkar Marie Sahba və onun triosunun çıxışı ilə tamamlanıb. Sənətkar ilk dəfə bu heyətlə səhnəyə çıxaraq, “A Billion Years Too Soon” adlı proqramını təqdim edib. Tədbirə Qazaxıstanın Norveçdəki səfirliyinin nümayəndələri də qatılıblar. Bu, Türk dünyası ölkələri arasında mədəni həmrəyliyin və birliyin bariz göstəricisi olub. Qonaqlara “AzGranata” brendinin keyfiyyətli Azərbaycan şərabları (“NorAs Wine Import” vasitəsilə təqdim olunub) və “Naturella” tərəfindən hazırlanmış orqanik smuzilər təqdim olunub.
CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur tədbir barədə bunları qeyd edib: “Mənim üçün bu festival sadəcə bir tədbir deyil, bir arzu və vizyonun gerçəkləşməsi idi. İllərdir ki, Şərqlə Qərb arasında bənzərlikləri göstərmək, ortaq bəşəri dəyərləri mədəniyyət, sənət və geyim vasitəsilə paylaşmaq mənim əsas missiyam olub. Bu ilk dəfə olaraq, Azərbaycanın tarix əsasında ərsəyə gələn milli geyimləri Norveçdə bir muzeyin divarları arasında təqdim olunub. Bu, təkcə moda nümayişi deyil, tarixin, yaddaşın və kimliyin sükutla danışdığı bir an idi.
Qarabağ xalçalarımız və bu nadir irs nümunələri qısa zamanda o qədər dərin maraq oyatdı ki, Norveçdə bir neçə muzey bizimlə əməkdaşlıq etmək arzularını bildirdilər. Bu, Azərbaycan mədəniyyətinə olan sevginin və hörmətin göstəricisidir.Keçirilən festival sadəcə mədəniyyətin təqdimatı deyil – bu, dostluğun, dialoqun və ortaq yaddaşın dirçəldilməsidir. Bu, yalnız bir başlanğıcdır”.








Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR








