İran aviabiletlərin satışına başladı

İranın hava yolları şirkətləri 1 avqust Tehran-İstanbul birbaşa uçuşları üçün biletləri satışa çıxarıblar. Bunu İranın Hava Yolları Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi Samani deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi bu ölkə aeroportlarının 1 avqustdan İran təyyarələrini qəbul edəcəyini elan edib.
Əsədi Samani əlavə edib ki, İranın bir hava yolları şirkəti Tehran-İstanbul uçuşu üzrə 1 biletin qiymətini 15-19 milyon rial (təxminən 357-452 dollar) arasında təyin edib.
Qeyd edək ki, Türkiyənin hava yolları şirkəti (Turkish Airline) 16 iyuldan Tehran-İstanbul uçuşlarını həyata keçirəcək. Bu şirkətin biletinin qiyməti 25-38 milyon rial (təxminən 595-916 dollar) arasında dəyişir.
Əlavə edək ki, İranda koronavirusa yoluxma halı 19 fevralda qeydə alınıb. Bundan sonra bu ölkənin qonşu ölkələrlə sərhədlərində bir sıra məhdudiyyətlər tətbiq olunub. Məhdudiyyətlər sonradan tədrici şəkildə ləğv edilməyə başlayıb.
Bildirək ki, İranda bu günədək (23 iyun) 209 970 nəfər koronavirusa yoluxub, 9 863 nəfər ölüb, 169 160 nəfər sağalıb. (Trend)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












