İran COVID-19 vaksinini insan üzərində sınaqdan keçirməyə başlayır

İran koronavirusun (COVID-19) vaksininin istehsalı sahəsində böyük addımlar atıb və tezliklə bu vaksinin insan üzərində sınaqdan keçirilməsinə başlanacaq. Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Farmeks (Pharmex) 2020 Dərman Preparatları Sərgisinin açılış mərasimində deyib.
S.Nəməkinin sözlərinə görə, ötən 4 ay ərzində iranlı mütəxəssislərin vaksinin istehsalı üzrə fəaliyyəti yaxından izlənilib və nəticələr çox ümidvericidir.
Nazir əlavə edib ki, bu vaksinin heyvan üzərində sınağı uğurla keçib.
O, bildirib ki, ölkədə koronavirusun yayılması ilə İran 60 gün ərzində əlaqədar səhiyyə vasitələrinin idxalçısından ixracatçılardan birinə çevrildi.
S.Nəməki deyib ki, İran ötən ildə (21 mart 2019-dan -20 mart 2020-dək) səhiyyə vasitələri və dərman preparatlarının idxalını təxminən 20% azaldıb. Belə ki, təxminən 600 milyon avro vəsaitə qənaət edib.
Qeyd edək ki, İranda ötən günədək 225 205 nəfər koronavirusa yoluxub, 10 672 nəfər ölüb, 186 180 nəfər sağalıb. (Trend)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












