İran Trampı “İnterpol” xətti ilə axtarışa verib

İranlı general Qasım Süleymaninin ölümündə təqsirləndirilən 36 nəfər, o cümlədən ABŞ Prezidenti Donald Tramp barəsində “İnterpol” xətti ilə axtarış elan edilib. Bu barədə Tehran şəhər prokuroru Əli Əlqasi bildirib.
Onun sözlərinə görə, 36 nəfər barəsində Q. Süleymaninin ölümündə birbaşa iştirak, əmr vermək və yardım etmək ittihamı ilə cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilib.
Tehran şəhər prokuroru qeyd edib ki, siyahıda ABŞ Prezidentinin adı birinci gəlir və D. Trampın prezidentlik müddəti başa çatdıqdan sonra da axtarış davam etdiriləcək.
Xatırladaq ki, yanvar ayında Bağdad hava limanının raket zərbələrinə məruz qalması nəticəsində SEPAH-ın “Qüds” briqadasının komandanı, general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. (APA)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












