İsmayıllıda növbəti qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramına dəstək olmaq üçün İsmayıllıda növbəti qanvermə aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, “Qan ver! həyat qurtar!” şüarı ilə keçirilən aksiyanın məqsədi “COVID-19” pandemiyası səbəbindən tətbiq olunan karantin rejimi dövründə qan çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə kömək etməkdir.
Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutub. Kampaniyaya qoşulanlar əvvəlcə müayinədən keçirilib. Bütün işlər karantin qaydalarına riayət olunmaqla icra olunub və uğurla başa çatıb.
Aksiyada risk qrupuna daxil olmayan rayon sakinləri, könüllülər, icra hakimiyyəti, təhsil, mədəniyyət, idman və digər sahələri əhatə edən dövlət qurumlarının əməkdaşları iştirak edib. Xeyirxah təşəbbüsdə iştirak etmək üçün 200 nəfərdən çox qeydiyyat olub.
İştirakçılarda motivasiya yaratmaq, onları ruhlandırmaq üçün rayon rəssamları tərəfindən qanvermə prosesi rəsm əsərləri ilə əbədiləşdirilib.
Xatırladaq ki, eyni adlı aksiya son dəfə cari ilin 13 may tarixində də keçirilib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











