İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib - FOTO

Türkiyənin İstanbul şəhərində tarixi Bəyazid meydanında “Can Azərbaycana Canımız fəda” adlı izdihamlı mitinq keçirilib.
Mitinq son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etmək məqsədilə baş tutub.
5 minə yaxın azərbaycanlı, türk və digər xalqların da dəstək verdiyi mitinqin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.
Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və hər iki qardaş ölkənin himnləri ilə başlayan tədbir Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtayın ortaq bəyanatı oxuması ilə davam edib. Bəyanatda Ermənistanın işğalçılıq və təcavüz siyasəti pislənilib, dünya azərbaycanlılarının doğma Vətənlərinə sonsuz dəstəyi ifadə edilib. Turan Ocaqları başqanı Ercan Urçar Türkiyə xalqının Can Azərbaycan üçün canını fəda etməyə hazır olduğunu dilə gətirib.
Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Mustafazadə bu cür dəstək aksiyalarının dünyanın hər yerində davam etdirilməsi zərurətini vurğulayaraq Azərbaycan xalqının öz doğma torpaqlarını işğaldan azad etməyə hazır olduğunu qeyd edib.
Mitinqdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, digər dəstəkçi ölkələrin də bayraqları qaldırılıb. İştirakçılar “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndiriblər. ("Report")























Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











