İstanbulda “Azərbaycana dəstək, şəhidlərimizi anma və Ermənistanı qınama” aksiyası keçirilib - FOTO

Bu gün İstanbulda Bakırköy Azadlıq meydanında “Azərbaycana dəstək, şəhidlərimizi anma və Ermənistanı qınama” adlı aksiya keçirilib.
Avtosfer.az xəbər verir ki, Xəzər Faktor Təhsil və Araşdırma Mərkəzinin (HazarFEM) təşkilatçılığı, Türkiyədə fəaliyyət göstərən 15-dən çox qeyri hökumət təşkilatının iştirakı ilə keçirilən aksiyada iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücumları qınanıb.
Əllərində Azərbaycan və Türkiyə bayrağı olan aksiya iştirakçıları “Xocalıya ədalət”, “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycanındır”, “Qarabağ Türkdür” şüarları səsləndirib.
Aksiyada səsləndirilən bəyanatda bildirilib ki, 1918-ci ildə Osmanlı İmperatorluğu, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanan Batumi sazişi nəticəsində Ermənistanın Borçalı, Zəngəzur və Qarabağ kimi qədim Azərbaycan torpaqlarına əsassız iddialarından vaz keçməsi şərti ilə Azərbaycanın İrəvan vilayəti müvəqqəti olaraq Ermənistana verilib. Ancaq Ermənistan dövləti və erməni diasporu torpaq iddialarından bu günə qədər əl çəkməyib: “1988-ci ildən etibarən Azərbaycan türklərini Ermənistan öz sərhədlərinə daxil etdiyi İrəvan, Göyçə və Zəngəzur kimi tarixi torpaqlarından sürgün edərək Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ Muxtar Respublikası və ətraf rayonlarını işğal edib. Bu təcavüzkarlığının davamı olaraq dünyanın gözü önündə Xocalı soyqırımı kimi tarixin ən vəhşi qətliamlarından birini törədib. Ermənilər Osmanlı vətəndaşı olarkən Anadolu torpaqlarında müsəlmanlara qarşı necə kütləvi qətllər törədiblərsə, bu gün də Azərbaycan ərazisində eyni əməlləri davam etdirmək niyyətindədirlər. Dünən Daşnaksütyun və ASALA olaraq qarşımıza çıxan erməni terrorizmi bu gün Ermənistan dövləti, PKK və erməni diasporu adları altında yenə qarşımızdadır. Ermənistan insan haqlarını pozan hərəkətlərinə görə ən qısa müddətdə beynəlxalq məhkəmələrdə mühakimə olunmalı və cəzalandırılmalıdır”.
Qeyd olunub ki, dünyanın pandemiya ilə mübarizə apardığı bir zamanda Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumları nəticəsində general-mayor Polad Həşimov daxil olmaqla, 12 iki hərbçi və bir mülki şəxs şəhid olub və bununla da Ermənistan atəşkəsi pozub: “Bu, bütün dünyadakı türklərin hiddətinə səbəb olub. Dünyanın müxtəlif ölkələrində keçirilən dinc, qanuni aksiyalar insanların erməni diasporu və Ermənistan tərəfindən həyata keçirilən terrorizm və zorakılıq siyasətinə, təcavüzkar hərəkətlərinə dözmədiyini sübut edir. Ancaq erməni diasporu bu aksiyalara təxribat törətməklə mane olmaq istəyir. Keçən həftə ABŞ-ın müxtəlif yerlərində, həmçinin Brüsseldə və Moskvada keçirilən etiraz aksiyalarına ASALA yazılı köynəklər geyinmiş erməni terrorçu qruplarının hücum etməsi nəticəsində bir çox insanımız yaralandı. Türkiyə və Azərbaycan hökumətləri 30 ildir işğal altındakı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və qaçqın həyatı yaşayan azərbaycanlıların torpaqlarına qaytarılması üçün sülh siyasəti yürüdür. Bu ədalətli mübarizədə Azərbaycan Respublikasının yanında olduğumuzu bildiririk və bütün şəhidlərimizi mərhəmət və minnətdarlıqla yad edirik. İnsanlıq və müharibə əleyhinə cinayətlər törədən Ermənistanı pisləyirik və qınayırıq”.






Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
Bu yollarda tıxac var - SİYAHI
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ










