İsveçdə koronavirusa yoluxanların sayı 70 mini keçdi

Bu gün İsveçdə koronavirusa yoluxma hallarının sayı 70,6 min nəfərə çatıb. Bu, ötən günlə müqayisədə təxminən min nəfər çoxdur. Bu barədə İsveç Səhiyyə Agentliyi məlumat yayıb.
Eyni zamanda 41 yeni ölüm faktı qeydə alınıb ki, bununla da COVID-19 qurbanlarının ümumi sayı 5,4 min nəfəri keçib.
Epidemioloqlar koronavirusa yoluxma hallarının sayının artmasını iyunun 4-dən etibarən simptomların ağırlıq dərəcəsindən asılı olmayaraq, hər kəsin koronavirus testi verə bilməsi ilə əlaqələndirirlər. Bundan əvvəl isə testlər yalnız xəstəxanaya yerləşdirilən pasiyentlərdən, tibb işçilərindən və cəmiyyət üçün əhəmiyyətli olan peşə nümayəndələrindən götürülürdü. İyunun 15-dən etibarən koronavirusun ölkədə ən çox təsir göstərdiyi paytaxt Stokholmun bütün sakinləri koronavirus və antikor testlərdən pulsuz keçə bilərlər.
Qeyd edək ki, İsveç hökuməti digər ölkələrdən fərqli olaraq, lokdaun tətbiq etməyib və virusun yayılması ilə mübarizədə daha yumşaq tədbirlər seçib. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












