İyul-avqustda isti hava dalğalarının tez-tez təkrarlanacağı gözlənilir

Bu il iyul-avqust aylarında havanın temperaturunun çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 2-3 dərəcə yüksək olacağı gözlənilir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu il 2010, 2015-ci illlərin yayları kimi isti yay olacaq.
M.Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadası və Aran rayonlarında havanın daha isti keçəcəyi proqnozlaşdırılır.
İqlimşünas alim əlavə edib ki, builki iyul-avqust aylarında Azərbaycanda isti hava dalğalarının daha tez-tez təkrarlanması müşahidə ediləcək: “İsti hava dalğaları dedikdə, havanın orta sutkalıq temperaturunun 35 dərəcəyədək yüksək olması, belə halın 3-5 gün və daha çox müddətdə arcıdıl müşahidə edilməsi nəzərdə tutulur. Belə hava həm kənd təsərrüfatına, həm təbii şəraitə, həm də insan sağlamlığına mənfi təsir edir. Bir gün havanın temperaturu 40 dərəcə isti ola bilər, amma bu, nə insan sağlamlığı, nə də kənd təsərrüfatı üçün o qədər böyük təhlükə deyil. Lakin temperatur 37-38 dərəcə olub, 4-5 gün və daha çox davam edərsə, bu, insan sağlamlığına da, təbiətə də mənfi təsir edər”. (Trend)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












