Jurnalist bacı-qardaş nəhayət xəstəxanaya YERLƏŞDİRİLDİ

Koronavirusa yoluxmuş və ötən gün “Atletlər kəndi”nə yerləşdirilmiş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı-"Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı 1 saylı Klinik Mərkəzə (“Semaşko”) köçürülüb. Bu barədə Müşfiq Abdulla məlumat verib.
Jurnalistin sözlərinə görə, “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov, Mətbuat Şurasının sədri Əflatin Amaşov və millət vəkili Qənirə Paşayevanın Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) xüsusi müraciətlərindən sonra TƏBİB hər üçünün sözügedən xəstəxanaya yerləşdirilməsinə göstəriş verib: “Bu dəqiqələrdə 1 saylı klinik xəstəxanaya gətirildik. Mən artıq palatadayam, bacım və yoldaşımı da yerləşdirəcəklər. Ümid edirik ki, hər şey yaxşı olacaq. Bu məsələdə xüsusi həssalıq nümayiş etdirən çalışdığım mətbuat orqanların baş redaktoru Rəfail Becanova, deputat Qənirə Paşayevaya və Mətbuat Şurasının sədri Əflatun Amaşova özüm və ailəm adımdan təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, bir neçə gün əvvəl onların COVID-19-la bağlı testlərinin nəticəsi pozitiv çıxıb. Bu səbəblə ötən gün TƏBİB-ə müraciət ediblər. Qurumdan onların xəstəxanaya yerləşdiriləcəkləri bildirsələr də, təcili tibbi yardım xəstələri “Atletlər kəndi”nə apararaq orada karantinə yerləşdirib. Orada isə xəstələrə heç bir tibbi xidmət göstərilməyib. Jurnalistlərin isə durumu ağırlaşıb. (Modern.az)
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir












