Kanalizasiya xətlərinin təmirinə görə vətəndaşlar avtobusu yolun ortasında gözləyir - VİDEO

Paytaxtın Binəqədi rayonunda vətəndaşlar yol infrastrukturu ilə bağlı müəyyən çətinliklərlə üzləşiblər.
Avtosfer.az xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində səki dağıdılıb və bu səbəbdən piyadalar məcburən maşın yolundan istifadə etməyə başlayıblar.
Rəşid İsmayılov küçəsində aparılan tikinti işləri sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar bildirirlər ki, səkidən istifadə edə bilmədikləri üçün hərəkət zamanı ciddi təhlükə yaranır. Bundan əlavə, səkidə yerləşən dayanacağın da sökülməsi nəticəsində insanlar avtobusu birbaşa yolun kənarında gözləməyə məcbur qalırlar.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd edilən ünvanda kanalizasiya xəttinin yenilənməsi prosesi həyata keçirilir. Qazıntı işləri başa çatdıqdan sonra piyada səkisi yenidən bərpa olunacaq.
Sakinlər aidiyyəti qurumlardan yaranan problemin tezliklə aradan qaldırılmasını tələb edir.
Fidan
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












