Karantin bitdikdən sonra aviabiletlərin satışı əvvəlki qaydada olacaq

Karantin bitdikdən sonra aviabiletlərin satışı sərnişinlərin istəyinə uyğun olaraq, həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacaq. Bunu Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə keçirilən onlayn görüşdə deyib.
O, turizm şirkətlərinin karantin bitdikdən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəyini də vurğulayıb.
Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan E.Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib.
E.Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istiqamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.
Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını, pandemiya ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə çatdırıb.
R.Hacıyev iyunun 18-dən Azərbaycan Hava Yolları tərəfindən bilet satışının yalnız onlayn qaydada həyata keçirilməsinin əksər turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılandığını da bildirib. (Trend)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












