“Karantin rejimində yol qəzalarının sayı azalmayıb” - Hande Harmancı

“Hər 24 saniyədə yol qəzalarında 1 nəfər dünyasını dəyişir”.
Bunu BMT-nin təşəbbüsü ilə 6-cı qlobal yol təhlükəsizliyi həftəsi çərçivəsində keçirilən tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, yol qəzaları uşaq və gənclər arasında əsas ölüm səbəblərindəndir: “Yol qəzaları nəticəsində 20-50 milyon insan qeyri-ölümcül xəsarət alır və onların bir çoxu aldıqları zədələrdən əlil olurlar”.
H.Harmancı qeyd edib ki, yüksək sürət yol nəqliyyat hadisələrinə səbəb olan əsas səbəblərdən biridir: “Yüksəkgəlirli ölkələrdə yollarda hər 3 ölümdən biri sütətlə əlaqələndirilir. Hesablamalara görə, nəqliyyat vasitələrindən istifadə edənlərin 40-50 faizi sürət həddini aşır. Bu zaman ölüm və xəsarət alma riski xeyli artır. 2020-ci ilin əvvəlindən etibarən pandemiya ilə əlaqədar karantin rejimi çərçivəsində nəqliyyat vasitələrində hərəkətlilik azalıb, amma ölüm halları eyni qalıb, azalmayıb. Çünki insanlar daha yüksək sürətlə hərəkət edirlər”.
Onun sözlərinə görə, 2021-2030-cu illəri əhatə edən Yol təhlükəsizliyi üzrə 10 illik fəaliyyət planı 2030-cu ilədək yol nəqliyyat qəzalarında ölənlərin və yaralananların ən az 50 faiz qarşısının alınmasına hədəflənib: “Statistikaya əsasən, piyadaların 30 km/saat sürətlə hərəkət edən avtomobil tərəfindən vurulması zamanı sağ qalma ehtimalı 99 faizdir. Bundan əlavə dəlillər göstərir ki, 30 km/saat sürətli küçələr həyatları xilas etməklə yanaşı piyadanı gəzintiyə, velosiped sürməyə təşviq edir. Bu, ÜST-ün Azərbaycanda başlamağa planlaşdırdığı “Sağlam şəhərlər” təşəbbüsünün məqsədləri ilə də üst-üstə düşür”.
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










