Karantin rejiminin pozulması ilə bağlı işlərin statistikası aparılacaq

Yol hərəkəti zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərin statistikası aparılacaq.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin “Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarında dəyişikliklər barədə qərarında bildirilir.
Qərara əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən tələblərin pozulması, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması və İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi ilə əlaqədar inzibati xətalarla bağlı işlərin statistikası aparılacaq. Qərar iyulun 25-dən qüvvəyə minib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












