Kəmaləddin Heydərov da vəzifəsindən azad edilir?
Keçmiş nazir Səlim Müslümovun həbs xəbəri diqqəti fövqəladə hallar naziri Kəmaləddin Heydərova yönəldib.
Səlim Müslümovun həbsi barədə məlumat bu gün səhər saatlarında yayılıb. Hələ ki, xəbərə rəsmi reaksiya yoxdur. Amma artıq ölkə mediasının əhəmiyyətli hissəsi məlumatı tirajlayıb.
Keçmiş nazirin həbsi barədə xəbərin Kəmaləddin Heydərovun Prezident səviyyəsində tənqidindən sonraya təsadüf etməsi bu iki olay arasında əlaqənin olması barədə ehtimallara yol açıb. Belə ki, Səlim Müslümov fövqəladə hallar nazirinə yaxın şəxs sayılır. Onun karyera yüksəlişində Kəmaləddin Heydərovun mühüm rol oynadığı deyilir.
2000-ci ildə Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışan Səlim Müslümov həmin vaxt Azərbaycan Əmanət Bankından (indiki KapitalBank) milyonlarla pulun "yoxa çıxması” səbəbi ilə həbs edilib. Onunla birgə sözügedən bankın Səbayel fililalının rəhbəri Bəşər Hacıyev də dəmir barmaqlıqlar arasına salınıb. Bəşər Hacıyev uzun müddətli həbs həyatı yaşasa da, Səlim Müslümov 6 aydan sonra azadlığa buraxılıb.
Məlumatlara görə, onun azadlığa çıxması, Dövlət Sosial Müdafiə Fondunun sədri, əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunması Kəmaləddin Heydərovun dəstəyi ilə baş tutub. Bu baxımdan, Səlim Müslümovun həbsi xəbəri fövqəladə hallar nazirinin karyerasını şübhə altına alıb. Bu həbs Kəmaləddin Heydərovla vidalaşmağın tərkib hissəsi ola bilər.(hit.az)
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












