Kənddə bütün məhəllələrdə qaz var - Bu küçədən başqa... - VİDEO

Növbəti xəbərimiz Qubanın İkinci Nügədi kəndinin qaz problemi barədədir. Bu kəndin bir məhəlləsi uzun illərdir mavi yanacağa həsrətdir. "Azəriqaz"dan deyirlər ki, 60-dan çox evin olduğu bu məhəllənin sakinləri də, çox keçməz ki, sevinərlər.
Kənddə bütün məhəllələrdə qaz var, bircə bu küçədən başqa. Bura Qubanın İkinci Nügədi kəndində 8-ci məhəllədir. Məhəllənin sakinləri uzun illərdir mavi yanacağa həsrət qaldıqlarını deyirlər. İllərlə "Azəriqaz"a müraciət etsələr də, bir xeyri olmayıb. 50 metr yaxınlıqdan keçən ana xətdən onların məhəlləsinə qaz xətti çəkilmir. Ona görə də sakinlər odundan istifadə etməyə məcburdurlar. Meşədən odun almaq çətin olduğundan məhəllə sakinləri bəzən meyvə ağaclarını qırmalı olurlar. Bəzi sakinlər öz hesablarına qaz xətti çəkərək problemi həll etmək istəyiblər. Ancaq onlara da sayğac verilməyib. Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirıb ki, məsələnin yaxın vaxtlarda həll olunması planlaşdırılır İndi sakinlər "Azəriqaz"ın vədini yerinə yetirəcəyi günü gözləyirlər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











