"Kiçik qardaşım gözündən güllə yarası aldı"- Xocalı hadisələrinin ŞAHİDİ

Xocalı hadisələrinin şahidi, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Samirə Hüseynova həmin günlə bağlı xatirələrini bölüşüb.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, o, ADA Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir zamanı çıxış edib.
S.Hüseynova bildirib ki, hadisə baş verən vaxt 12 yaşı var idi:
"Hadisələr başlayanda biz evdə idik. Atam gəlib xəbər verdi ki, ermənilər şəhərə daxil olub, ona görə də uşaqları, qadınları və qocaları Xocalıdan çıxarmaq lazımdır. Biz çətinliklə çaya çatdıq, ayaqyalın buz kimi sudan keçərək meşəyə daxil olduq. Bütün bu vaxt ərzində ermənilər bizi təqib edirdi. Gözlərimin önündə çox adam həlak oldu. Kiçik qardaşım gözündən güllə yarası aldı".
O bildirib ki, ailəsi çətinliklə Ağdama çatdı. Oraya həlak olanların meyitlərini də gətirməyə başlamışdılar:
"Mən atamı və qohumlarımı axtarmağa başladım, amma heç kimi tapa bilmədim və o vaxtdan bəri onlar barədə heç nə eşitməmişəm".
Bişkekdə İlham Əliyev və Nikol Paşinyanın görüşü keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI










