Konteyner qatarının buraxılma tarixi bəlli olub

Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TXNM) üzrə konteyner qatarının bu ilin sentyabrında buraxılması nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu haqda "Qazaxıstan Dəmir Yolları" məlumat yayıb.
Belə ki, bu həftə Qazaxıstan Dəmir Yollarının prezidenti Askar Maminin sədrliyi ilə Transxəzər beynəlxalq nəqliyyat marşrutunun koordinasiya komitəsinin növbəti iclası keçirilib.
Koordinasiya edilmiş birgə səylər nəticəsində bu həftə Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə ilk konteyner qatarının buraxılması həyata keçirilib. Eyni zamanda, bu marşrutla daşınmaların rəqabətqabiliyyətli tarifləri müəyyən edilib və marşrut üzrə çatdırılma vaxtı 6-7 gün müddətinə təmin edilib.
"Cari ilin sentyabrında TXNM marşrutu üzrə Türkiyəyə qədər (İstanbul) qatarın buraxılması planlaşdırılır", - məlumatda bildirilir.
İclasın nəticələrinə əsasən A.Mamin qeyd edib ki, TXNM-nin iştirakçılarının əsas məqsədi Transxəzər marşrutunda daşınmaların inkişafıdır. İclasın gedişi zamanı Qazaxıstan tərəfi Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə yolu ilə konteyner qatarlarının buraxılması üzrə nəqliyyat şirkətləri arasında qarşılıqlı əlaqə texnologiyasının inkişafını təklif edib.
"100 konkret addımlar" proqramının reallaşdırılması çərçivəsində "Qazaxıstan Dəmir Yolları" TXNM marşrutu üzrə konteyner daşınmalarının inkişafına kömək edəcək birgə müəssisələrin yaradılmasını təklif edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












