Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI

Epidemiyalara Hazırlıq Sahəsində İnnovasiyalar üzrə Koalisiya (CEPI), Vaksin və İmmunizasiya üzrə Qlobal Alyans (GAVI) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə həyata keçirilən COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən mexanizmdir.
Bu mexanizmə peyvəndlərlə bağlı GAVI ilə işləyən 92 ölkə və fərdi qaydada maliyyə dəstəyi göstərən 80 ölkə daxildir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildirilib.
Məlumatda bildirilir ki, COVAX dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir: "COVAX-ın məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə və ya ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz və effektiv peyvəndin paylanmasıdır. Bu peyvəndlər paylanarkən ilk öncə tibb işçilərinə üstünlük veriləcək, daha sonra iştirakçı ölkələrin əhalisinin 20%-ni əhatə etməsi üçün genişləndirilərək bütün iştirakçı ölkələrə əhalilərinin nisbətlərinə uyğun bərabər şəkildə çatdırılacaqdır. Bundan sonra isə əlavə dozalar ölkələrdəki ehtiyac, həssaslıq və COVID-19 təhlükəsi nəzərə alınaraq paylanacaqdır. COVAX mexanizmi böyük alovlanmalara qarşı mübarizə daxil olmaqla, fövqəladə hallarda və humanitar məqsədlərlə istifadə üçün də ehtiyat doza saxlayacaq.
Bu təşəbbüsün müvəffəqiyyəti hökumətlərin kifayət qədər maliyyə ayırmasından və peyvənd istehsalçılarının qlobal həll yolunun təqdim edilməsi məqsədilə geniş miqyasda iştirak öhdəliyindən asılı olacaq. COVAX mexanizmi tezliklə 165 ölkə ilə - peyvəndləri öz daxili büdcələri hesabına maliyyələşdirən və əvvəlcədən ödəniş ilə avqustun sonunadək doza almaq öhdəliyi götürən, bununla COVAX mexanizmində iştirakını təmin etmələri tələb olunan ölkələrlə konsultasiya prosesinə başlayacaq. COVAX tərəfdaşları bu günə qədər əhəmiyyətli bir irəliləyiş əldə ediblər. Belə ki, doqquz namizəd peyvənddən yeddisi kliniki sınaqlarda CEPI tərəfindən dəstəklənib". (Trend)
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












