Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA

Koronavirusa qarşı peyvəndləmənin bir neçə ay sonra yenidən təkrarlana biləcəyi ilə bağlı fikirlər səslənməkdədir. Təkrar vaksinasiyanın nə zaman baş tutacağı, fərqli peyvəndlərin tətbiqi və effektivliyi ilə bağlı cəmiyyətdə suallar yaranmaqdadır.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, hələki təkrar peyvəndin nə zaman vurulmalı olduğu barədə dəqiq elmi tədqiqat yoxdur:
“Eyni zamanda təkrar vaksinasiya zamanı fərqli peyvəndin vurulacağı və onun daha effektiv olacağı barədə də dəqiq elmi əsaslar mövcud deyil. Amma təbii ki, nəzəri baxımdan təkrar peyvəndin müsbət tərəfləri var.
Məsələn, Böyük Britaniyada qış mövsümündə xüsusi risk qrupuna daxil olan insanlara təkrar peyvənd vurulması təklif edilir. Belə olan halda təkrar fərqli peyvənd vurmaq olar, lakin onun nə dərəcədə effektli olacağı barədə də hələki elmi nəticə yoxdur. Heyvanlar üzərində bu gün bu istiqamətdə elmi tədqiqatlar aparılır, hətta ilk peyvənd zamanı birinci və ikinci dozanı fərqli peyvəndlər vurub güclü immunitetin yaranmasına da rast gəlinib. Lakin insanlar üzərində bu cür tədqiqatlar hələki yoxdur”.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO











