Koronavirusa qarşı vaksin araşdırmalarında son durum: 7 nümunə

Araşdırmaçıların COVID-19-a qarşı vaksin tapılması yönündə çalışmaları davam edir. Bu vaxta qədər sadəcə Rusiya sözügedən vaksini hazırladığını elan edib.
Dünyada bu sahədə daha 165 vaksin üzərində iş gedir, onlardan 31-i insanlar üzərində sınaqdan keçirilmə mərhələsinə çatıb.
Proses könüllülər üzərində vaksinlərin tətbiqindən sonra immunitetin virusa cavab reaksiyası formalaşdırmasını yoxlamaqdan və növbəti mərhələdə könüllülərin virusa yoluxub-yoluxmayacağını test etməkdən ibarətdir.
Artıq bəzi vaksin nümunələrində araşdırmalar yekun mərhələyə daxil olub. Aşağıda 7 nümunə barədə daha ətraflı məlumatı təqdim edirik:
1. Amerikan biotexnologiya şirkəti olan "Moderna" mRNT əsaslı vaksinlər üzərində çalışır. İlkin fazası mart ayından başlayan araşdırmaların ikinci fazası iyulun 27-də yekunlaşıb. Son mərhələdə ABŞ-ın 89 bölgəsindən 30 min insan klinik təcrübələrdə iştirak edib. ABŞ şirkətə təxminən 1 milyard dollar ödəyib.
2. Almaniyanın "BioNTech" şirkəti də ABŞ-ın "Pfizer" və Çinin "Fosun Pharma" şirkətləri ilə birgə mRNT əsaslı vaksin çalışmaları aparır. May-iyul ayları arasında digər mərhələləri tamamlanan araşdırmaların son fazaya daxil olduğu deyilir.
3. Çinin "CanSino" şirkəti də daha bir vaksin üzərində işləyir. İyul ayında vaksinin güclü immunitet reaksiyası doğurduğu barədə hesabat nəşr olunub. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi avqustda bu şirkətin ölkədə apardığı araşdırmaların 3-cü mərhələsinin sona çatdığını açıqlayıb.

4. İsveç-Britaniya şirkəti "AstraZeneca" Oksford Universiteti ilə ortaq araşdırmalar aparıb. Sonucda əldə olunan vaksin meymun üzərində uğurlu olub və onu virusdan qoruya bilib. ABŞ bu şirkətə 1,2 milyard dollar ayırıb. Həmçinin bu vaksinin təhlükəsiz olduğu və yan təsirlər buraxmadığı məlum olub.
5. Çinin dövlət şirkəti olan "Sinopharm" da iki müxtəlif vaksin üzərində araşdırmaları davam etdirir. Vaksinlərdən birinin araşdırmaları BƏƏ-də 15 min könüllünün iştirakı ilə keçirilən 3-cü mərhələsini iyulda tamamlayıb. Şirkətin digər vaksin üzərindəki klinik çalışmaları da hazırda 3-cü mərhələdədir.
6. Digər Çin şirkəti olan "Sinovac" da "Sinopharm" şirkətinin istifadə etdiyi texnologiya ilə Braziliyada vaksin üzərində araşdırmaları davam etdirir.
7. Avstraliyalı alimlərin apardığı digər araşdırmalar isə ötən əsrin əvvəllərində vərəm əlehinə mübarizədə istifadə olunan vaksinin koronavirusa qarşı təsirli olub-olmadığı barədədir. Hazırda bu araşdırmalar da davam etməkdədir. ("Report")
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










