Kür sahilində antik dövrə aid küp qəbirlər aşkarlanıb - FOTO

Neftçalada Kür sahilində arxeoloji qazıntı işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, artıq bir həftədir ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun müdiri, fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərliyi ilə Neftçala rayonunun Pirəbbə kənd ərazisindən keçən Kür çayının “N” kəsiklərində arxeoloji qazıntı işləri aparılır. Qazıntı zamanı Kür sahilində hündürlüyü 1, 80 metr olan bir neçə küp qəbir abidəsi və müxtəlif qədim əşyalar aşkar edilib. Digər bölgələrdə aşkar olunan küp qəbir abidələrindən tam fərqlənir. “Kür sahilində aşkar edilən küp qəbirlər antik dövrə, bizim eranın II əsrindən tutmuş orta əsrlərə aiddir”, - Mikayıl Mustafayev bildirib. Aşkar edilən abidələr eramızdan əvvəl burada yaşayış olduğunu sübut edir. Qeyd edək ki, bir neçə gün bundan əvvəl rayonun Cəngan kəndində Kür çayı sahilində belə küp qəbir abidələri tapılmışdı.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI

















